Məşhur iş adamı: "Deyəndə ki, o bankın müştərisiyəm mənə gülürlər"

Xəbərin çap versiyası
Tarix: 9-03-2018, 12:13    |    Xəbər oxunub: 1 421 dəfə
Məşhur iş adamı:


Azərbaycanın tanınmış sahibkarlarından biri, iri şərab istehsalçısı olan "Tovuz-Baltiya"nın sahibi Naiq Məhəmmədhəsənov "Bank of Baku"nu onun şirkətinə qarşı saxtakarlıq etməkdə günahlandırıb.



Sahibkar bildirib ki, bir qədər əvvəl "Tovuz Baltiya" şirkəti "Bank of Baku"nun xətti ilə Sahibkarlığa Yardım Fondundan güzəştli kredit göütürüb. Kreditin şərtlərində ilk iki ilin güzəştli (həmin müddətdə kredit üzrə yalnız faizlər ödənilir) olması nəzərdə tutulsa da, "Bank of Baku" artıq 7 aydan sonra kredit üzrə gecikmə olduğunu bildirərək şirkətə faizlər hesablamağa başlayıb: "Biz krediti 5 illik götürmüşük, bunun ilk iki ili güzəştli idi. Amma bunlar hələ 6 ay tamam olmadan, bizim guya krediti gecikdirdiyimizi bildirərək hesablarımızdan qanunsuz pul çıxmağa başlaıblar".

N.Məhəmmədhəsənovun sözlərinə görə, bu vəziyyətdən sonra şirkətin hesablarından iri məbləğdə vəsaitlər tutulmağa başlayıb: "Onlar heç br sərəncam olmadan, tamamilə özbaşına olaraq, hesablarımızdan 350 min manat, 200 min manat və sair məbləğlərdə pullar siliblər".

Cavabında "Tovuz Baltiya" şirkəti "Bank of Baku"nu məhkəməyə verib və ilk ki instansiyada ona qalib gəlib. Ali Məhkəməyə qədər davam edən məhkəmə çəkişməsində işin yenidən araşdırılması qərara alınıb: "Məsələ 510 gün araşdırılıb, hələ yenə araşdıracaqlar, baxmayaraq ki, əlimizdə 4 ekspert rəyi var. Əslində Ali Məhkəmə o qətnaməni qüvvədə saxlamalı idi."

Dünyanın 10-dan artıq ölkəsinə məhsullarını ixrac edən şirkətin rəhbəri bildirir ki, bu hadisədən sonra «Bank of Baku» ilə əməkdaşlığı birdəfəlik dayandırıb və tanıdığı iş adamlarına həmin bankla əməkdaşlıq etməməyi tövsiyə edib: "Müştərinin mənafeyini qorumayan bankla əməkdaşlıq etmək yersizdir". Ən maraqlısı odur ki, həmkarları N.Məhəmmədhəsənovun "Bank of Baku" il əməkdaşlığına təəccübləniblər: "Mən deyəndə ki, həmin bankın müştərisiyəm, onlarla işləyirəm, mənə gülürlər, bildirirlər ki, bu ən dələduz bankdır".

"Tovuz Baltiya"nın rəhbəri bildirir ki, "Bank of Baku" ilə məhkəmə çəkişməsi onun biznesinə və xaricə mal ixracı ilə bağlı fəaliyyətlərə böyük maneələr yaradıb: "Bu məhkəməyə görə bizim vəsaitlərimiz araşdırılır, pullarla əməliyatlarımıza çətinliklər yaradılır və s. Nəticədə vaxtımız itirilir, xaricə çıxa bilmirik, qonaq dəvət edə bilmirik və s." (FED.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur