Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda ŞİKAYƏT+FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 12-03-2018, 13:06    |    Xəbər oxunub: 1 719 dəfə
Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda


"Zərdab rayon Elektirik Şəbəkəsinin müdiri Səməd Hüseynovun korrupsiya əməlləri nəticəsində vətəndaşların həyatları ciddi təhlükə qarşısındadır, dövlətə isə küllü miqdarda ziyanlar dəyir".

Bu barədə AFN-ə Zərdab rayon sakinləri tərəfindən göndərilən şikayət məktubunda bildirilir. Yazının sonunda adları qeyd ediləcək sakinlər bildirirlər ki, betondan olan elektrik dirəklərinin dibinə beton tökülmədən torpağa basdırılır ki, bu da çox təhlükəlidir, istənilən vaxt güclü külək nəticəsində həmin dirəklər aşa bilıər: "Boru formalı elektirik dirəklərinə yağışdan qorunması üçün üst örtükləri vurulmur. Bunu isə ona görə edirlər ki, dəmir borular yağış suyundan erroziyaya uğrasın təmir adı ilə dövlət vəsaitlərini mənimsəsinlər. Hansı ki., "Asiya İnkişaf Bank"ı bu işlərin görülməsi üçün külli miqdarda vəsait ayırıb. Həmin vəsait belə saxtakarlıq yolu ilə talan edilir.

Kəndlərdə elektirik tranformatorları üçün tikilmiş yerlər hələ də boş qalıb. Həmçinin transformatorların əksəriyyəti suyun içindədir ki, bu, insan həyatı üçün çox ciddi təhlükədir. Zərdab rayon Elktirik Şəbəkəsinin rəisi Səməd Hüseynovun talançılığının nəticəsində sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Səməd Hüseynov əvvəllər ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Harada işləyibsə orada ciddi narazılıqlar yaradıb, korrupsiya əməlləri ilə məşğul olub. Zərdab rayonu Gödəkqobu kənd sakini sahibkar İbadov Nofəl İbad oğluna məxsus ticarət obyektinin və Yanacaq Doldurma Məntəqəsinin 5 metrliyindən yüksək gərginlikli elektirik xəttini çəkən Səməd Hüseynov bu qanunsuz əməli ilə ciddi təhlkə yaradıb. Hansı ki, qanuna əsasən yüksək gərginlikli elektirik xətti obyektdən 30-40 metr aralı məsafədən çəkilməlidir. Zərdab şəhərinin mərkəzində yerləşən istirahət parkında çəkilmiş elektirik xətləri yerdən açıq formada aparılmışdır ki, bu da insanların həyatı üçün daha bir ciddi təhlükədir".
Şikayətçilər onu da iddia edirlər ki, S.Hüseynovun müavini Ələmdar Abbasovun ali təhsil almasına dair diplomu saxtadır: "Ələmdar Abbasov həmin saxta diplomu Dağıstandan 2000 manata alıbr. Ələmdar Abbasov heç həmin ali məktəbin yerini belə bilmir ki, Dağıstanın harasında yerləşir. Azərbaycanda bu alver ilə məşğul olan şəxslərdən həmin saxta diplomu alan Ələmdar Abbasov buna görə nəinki tutduğu vəzifədən uzaqlaşdırılmalıdır, həttda cinayət məsuliyətinə cəlb edilib həbs olunmalıdır.
Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və "Azərişıq" ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib xahiş edirik, insanların həyatına ciddi təhlükə yaradan, dövlət vəsaitini talan edən Zərdab rayon Elektitik Şəbəkəsinin rəisi Səməd Hüseynovun və onun saxta diplomlu müavini Ələmdar Abbasovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".
Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

P.S.Məktubu aşağıdakı şəxslər ünvanlayıb:

Əliyev Qənimət Rza oğlu

Qasımov Camal Hüseyn oğlu

Məmmədova Gülmirə Nazim qızı

Aslanova Sona Baba qızı

Hüseynova Tahirə Mövsüm qızı

Xəlilov Zahid Paşa oğlu

Abdullayev Namiq Fərhad oğlu

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü-

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur