Tanınmış vəkil dələduzluqda ittiham edildi

Xəbərin çap versiyası
Tarix: 12-03-2018, 17:09    |    Xəbər oxunub: 821 dəfə
Tanınmış vəkil dələduzluqda ittiham edildi

Tanınmış vəkil Tağı Hüseynov dələduqluqda ittiham olunur. Bu barədə Axar.az-a Şəki şəhər sakini Səadət Vəkilova məlumat verib. Şikayətçi bildirib ki, 2 il öncə yaranmış mülki problemlə əlaqədar vəkil Tağı Hüseynovdan kömək istəyib.

Vəkil ailənin Şəki şəhərində yaşamasına baxmayaraq, problemin onların xeyrinə həll edilməsini öhdəsinə götürüb:“Vəkil Bakıda olsa da, proseslərə qatılmaq üçün Şəkiyə gələcəyini bildirdi. İş üçün ilk dəfədən ona 4000 manat pul ödədik. Şəkidə keçirilən prosesin birində iştirak etdi. Digər proseslərə özü gəlmir, köməkçisini göndərirdi. Proses uzandıqca vəziyyətin yaxşı olmadığın görürdük. Sonrakı proseslərə ümumiyyətlə köməkçisi də gəlmədi. Son məhkəmə prosesində vəkilsiz qaldıq. Dəfələrlə ona zəng edərək narahatlığımı bildirirdim, deyirdi narahat olmayın, köməkçim hər şeyi həll edəcək. Heç bir prosesdə iştirak etmədiyinə görə ona ödədiyim pulu geri istədim. 1500 manatını qaytardı və qalanını da verəcəyini bildirdi. Prosesdən iki il keçib, ancaq Tağı Hüseynov nə onda qalan sənədlərimizi geri verir, nə də pulumuzu”.

Zərərçəkən S.Vəkilova bildirib ki, vəkil ondan bununla bağlı mətbuata müraciət etməmək barədə xahiş edib: “Yanvar ayında xahiş etdi ki, bu barədə mətbuata heç bir məlumat verməyək. Demişdi, fevral ayında pulumu geri qaytaracaq. Ancaq qaytarmadı, sənədlərimi də verməyib”.

Məsələ ilə əlaqədar vəkil T.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, köməkçisi onun Bakıda olmadığını bildirib. Vəkil məsələ ilə əlaqədar hələlik heç bir açıqlama verməyib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur