Ankarada “Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib- VİDEO

Xəbərin çap versiyası
Tarix: 12-03-2018, 17:50    |    Xəbər oxunub: 818 dəfə
Ankarada “Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib-


Bir neçə gün öncə Ankarada Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən təşkil olunan 2018-ci Beynəlxalq Avrasiya Xidmət Mükafatları Mərasimi keçirilib. Mükafatların təqdimetmə mərasimində Bilim Sənaye və Texnologiya naziri Faruk Özlü, Makedoniya Respublikası dövlət naziri professor doktor Adnan Kahil, prezident başdanışmanı Yalçın Topçu, “EkoAvrasiya” İdarə Heyətinin sədri Hikmət Ərən, “EkoAvrasiya” sədr yardımçısı Kemal Kurnaz, azərbaycanlı iş adamı “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu, Türkiyə Böyük Millət Məclisinin üzvləri və bir çox ölkələrin Türkiyədəki səfirləri iştirak edib.

“EkoAvrasiya” İH sədri Hikmət Eren Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin (“EkoAvrasiya”) Türkiyə ilə Avrasiya ölkələri arasında yaxşı niyyət və dostluq mühitinin inkişafına töhfə verən və bu istiqamətdə ictimai fəallığı ilə fərqlənən şəxs, qurum və təşkilatlara veriləcək mükafatların müəyyənetmə prosesinin aylar öncə başladığını bildirib. “Avrasiya Xidmət Mükafatları”nı ənənəvi hala gətirməyi hədəf seçən, Türkiyənin beynəlxalq arenada təbliğatında özünəməxsus rolu olan dərnəyin rəhbəri bildirib ki, fəaliyyətini müstəqil davam etdirməkdə qərarlı olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Türkiyənin 2023 perspektivinə olan inamı ilə “Güclü və İstehsal Edən Türkiyə” yolunda layihələr həyata keçirdiklərini, bir sıra məruzə və kitablar nəşr etdirdiklərini bidirib.
Azərbaycanda uzun illər fəaliyyət göstərən iş adamı, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu da səmərəli fəaliyyətinə, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıqda yaxından iştirakına görə sözügedən təşkilat tərəfindən mükafatlandırılıb. Təqdimetmə mərasimində çıxış edən iş adamı Yılmaz Okuklu “İstər Dağlıq Qarabağda, istər Türkiyənin ayrı-ayrı bölgələrində türk toplumuna qarşı sərgilənən haqsız mövqe, torpaqlarımıza edilən müdaxilələr türk toplumunu qaçılmaz bir haqq mücadiləsinə sövq etmişdir. “Okuklu Holdinq” olaraq “Zeytun dalı hərəkatına” sözlə, şüarla başlatdığımız dəstəyi maddi və mənəvi dəstəklə davam etdirəcəyik” deyə vurğulayıb. Natiq əlavə edib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır: “Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir”.
Mərasimdə Avrasiya iqtisadiyyatına töhfələrinə görə Özbəkistan prezidenti Şavkat Mirziyayev, Makedoniya Xarici İnvestisiyalar Üzrə dövlət naziri Adnan Kahil, Kosova Parlamentindən Müferra Şinik, Türkiye Cümhuriyyəti Kişinyov səfiri Hulusi Kılıç, Beynəlxalq Türkiyə-Ukrayna İşadamları Dərnəyi(TUİD) ilə yanaşı, bir çox səfir, ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatı nümayəndələri, jurnalist və sənətçi mükafata layiq görülüb.

Ankarada “Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib-

Ankarada “Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib-







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur