Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib VİDEO+FOTO

Xəbərin çap versiyası
Tarix: 13-03-2018, 16:59    |    Xəbər oxunub: 871 dəfə
Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib


Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında "100. İl Qəhrəmanlar abidəsi"nin açılışı olub. Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, EkoAvrasya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə AKP Ərzurum millət vəkilləri İbrahim Aydemir və Mustafa İlicalı, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ərzurum bələdiyyəsi və valiliyinin rəsmi şəxsləri, AKP İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev , Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, ziyalılar, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edib.

Ərzurum millət vəkilləri İbrahim Aydemir və Mustafa İlicalı bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacaqlarını çıxışlarında xüsusi vurğulayıblar. Bütün müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını verən ilk dövlətlərdən biri, müsəlman şərqində ilk dövlət olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva "bu bizim qürur tariimizdir" deyib və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb, harada doğulub harada yaşamasından asılı olmayaraq türk gənclərini onları daha geniş öyrənməyə çağırıb. Erməni çetelərinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktlarından xüsusi danışan millət vəkili Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb. "Qəhrəmanlar abidəsi"nin türk millətinin 4 böyük qəhrəmanına Nuru Paşaya, Mürsəl Bakü Paşaya, Kazım Karabekir Paşaya və Gəncəli Seyidova həsr olunduğunu deyən millət vəkili Q.Paşayeva hər bir qəhrəmanın həyat və qəhrəmanlıq yolu ilə bağlı xüsusi danışıb və gəncləri onları yaxından öyrənməyə, tanımağa və örnək götürməyə çağırıb. Ermənilərin 100 il əvvəl arxasındakı bəzi güclərin dəsətəyi ilə Ərzurumda törətdiyi soyqırımlar, qətliamlar barədə danışan xanım millət vəkili "dədə-nənələrimiz böyük bir qəhrəmanlıq mübarizəsi apararaq onlara gərəkən cavabı verdi və Ərzurumunb düşmən işğalından qurtuluşunun 100-cü ildönümündə biz onları rəhmət və sevgi ilə anırıq" deyib. Q.Paşayeva ermənilərin 20-ci əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanlın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşı törətdiyi vandalizm aktları ilə bağlı geniş danışıb: “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq.
Bu gün Türkiyədə bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.
Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Qarsdakı Baş Konsulu Nuru Quliyev, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, EkoAvrasya Dərnəyi başqanı Hikmet Eren, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Dünya Azərbaycanlıları Konqresindən Asif Qurban , Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü və gələcəyə baxışla bağlı çıxış ediblər. Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova isə açılışda milli duygulu əsərləri səsləndirib. "100.İl Qəhrəmanlar abidəsi" yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb. Abidənin lentinin kəsilməsindən sonra millət vəkili Q.Paşayeva yerli KİV-in suallarına cavablandırıb, QHT-lər və yerli sakinlərlə görüşüb.

Tədbirin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:



Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib

Ərzurumda "100. İl Qəhrəmanlar Abidəsi"nin açılış mərasimi keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının qardaşı oğlu belə yaşayır-

İcra başçısının qardaşı oğlu belə yaşayır- FOTOLAR

“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlər keçiriləcək

Prezident İmişlidə açılışlar edib-

Prezident İmişlidə açılışlar edib- yenilənib+FOTOLAR

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

Kanadada marixuana qıtlığı:

Kanadada marixuana qıtlığı: vətəndaşlar qəzəbləndi

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur