“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilmə tarixi məlum oldu

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 13:51    |    Xəbər oxunub: 792 dəfə
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilmə tarixi məlum oldu


17.03.2018 tarixində “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.



Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda, taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə Mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur