Zakir Fərəcova etiraz edən sahibkarlar aclıq aksiyasına başlayıblar- 12 milyonluq iddia+FOTO


Zakir Fərəcova etiraz edən sahibkarlar aclıq aksiyasına başlayıblar-


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sahibkarların pullarını mənimsəməsi ilə bağlı iddialar var.

Bildirilir ki, icra başçısı tərəfindən pulları mənimsənilən sahibkarlar öz etirazlarını aclıq aksiyası keçirməklə bildiriblər. Həmçinin, sahibkarların pullarının geri qaytarılması üçün hüquqi müstəvidə mübarizə apardıqları vurğulanır. Zərərçəkən şəxslərin bununla əlaqədar dəfələrlə Z.Fərəcova müraciət etsələr də, onların müraciətləri cavabsız qalıb. Onlar sona qədər aksiyanı davam etdirəcəklərini deyirlər. İnterpress.az-ın məlumatında o da vurğulanır ki, aclıq aksiyasında iştirak edən sahibkarlardan bir neçəsinin səhhətində problemlər yaranıb. Amma buna baxmayaraq, onlar mübarizələrindən əl çəkməyəcəklərini qeyd ediblər.

Aksiya keçirən iş adamlarının Sumqayıt şəhərində görülən abadlaşdırma və yenidənqurma işlərində iştirak edərək xeyli pul sərf etdikləri bildirilir. Məlumatda qeyd olunur ki, Fərəcov şəhərdə tikilən dənizkənarı parkın tikintisində istifadə olunan bütün təsərrüfat mallarını sözügedən iş adamlarına məxsus şirkətlərdən alıb. Ümumilikdə, Z.Fərəcovun iş adamlarına 12 milyon manata qədər borcu olduğu deyilir.

Şikayətçilər icra başçısının adından İH-ə çağrılaraq onların pullarının qaytarılacağı deyilsə də, hələ də qaytarılmayıb. İş adamlarının iddia etdikləri borclarını başçıdan tələb etmələri isə aralarında münaqişəyə səbəb olub. İddiaya görə, Z.Fərəcov zərərçəkənləri həbslə hədələyib.

Müşahidəçilər qarşıdan gələn prezident seçkiləri ərəfəsində bunun yaxşı hal olmadığını bildirirlər.

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Zakir Fərəcova etiraz edən sahibkarlar aclıq aksiyasına başlayıblar-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu