Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 17-03-2018, 12:25    |    Xəbər oxunub: 939 dəfə
Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb-

Millət vəkili Q.Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşdə ilk öncə onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Azərbaycanın iqtisadi və turizm potensialı barədə də geniş fikirlərini bölüşən millət vəkili Q. Paşayeva Türkiyənin fəal iş qadınlarını Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çağırıb və bunun üçün böyük potensial olduğunu bildirib.

Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verildiyini deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar bu məsələlərə laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Millət vəkili Qənirə Paşayeva deyib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir. Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdır. “Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram-Türk dünyasının birlikdə gələcək modeli daha çox analarımızın əlindədir”- deyə millət vəkili bildirib. Millət vəkili Q.Paşayeva bildirib ki, hər iki qardaş ölkənin fəal qadınları, təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsi, ortaq layihələrin artması çox vacibdir və iş qadınları bu istiqamətdə fəallığını daha da artırmalıdırlar. Görüş zamanı millət vəkili Q.Paşayeva iş qadınlarını maraqlandıran sualları da cavablandırıb və onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib və onlarla Azərbaycan qadınları arasında əməkdaşlığın genişlənəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətlətinin inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdikərini deyən iş qadınları ona Türkiyə bayrağını təqdim ediblər. "Hər iki dövlətimizin bayrağı bizim bayrağımızdır və bizim üçün müqəddəsdir", - deyən millət vəkili bayrağı öpərək belə anlamlı hədiyyə üçün təşəkkürünü bildirib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıda gələcəkdə baş verə biləcək kütləvi tələfatın bünövrəsi belə qoyulur...-

Bakıda gələcəkdə baş verə biləcək kütləvi tələfatın bünövrəsi belə qoyulur...- VİDEO+FOTOLAR

Rza Rzayev yazır:

Rza Rzayev yazır: "RÖVŞƏNİN QARDAŞI VƏ DOSTU OLMAQ..."

İsa Yaşar Tezel MHP-nin İğdır bələdiyyə başqanlığına namizədi oldu

İsa Yaşar Tezel MHP-nin İğdır bələdiyyə başqanlığına namizədi oldu

Azərbaycanlı jurnalistdən Ərdoğana çağırış:

Azərbaycanlı jurnalistdən Ərdoğana çağırış: “İğdırı “Metsamor terroru”ndan qurtarın”

Ukraynalı vegan-aşpazdan pulsuz master klass-

Ukraynalı vegan-aşpazdan pulsuz master klass- FOTOLAR

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar-

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar- FOTOLAR

Ramil Şeydayev Rusiyada davaya səbəb oldu

Ramil Şeydayev Rusiyada davaya səbəb oldu

Cəlilabadda yol qəzası: yaralılar var

Cəlilabadda yol qəzası: yaralılar var

Elçin Əlibəylinin verilişi bağlandı

Elçin Əlibəylinin verilişi bağlandı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

İstanbulda 5-ci Fashionİst 2018 beynəlxalq gəlinlik və ziyafət geyimləri sərgisi keçirilib

İstanbulda 5-ci Fashionİst 2018 beynəlxalq gəlinlik və ziyafət geyimləri sərgisi keçirilib

Maaşdan vergilər belə hesablanacaq

Maaşdan vergilər belə hesablanacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur