İlham Əliyev və xanımı Novruz bayramı şənliyində

Xəbərin çap versiyası
Tarix: 19-03-2018, 10:32    |    Xəbər oxunub: 594 dəfə
İlham Əliyev və xanımı Novruz bayramı şənliyində


Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir. (Azərtac)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səudiyyə Yəməndə mülki əhalini hədəf aldı:

Səudiyyə Yəməndə mülki əhalini hədəf aldı: 14 ölü, 4 yaralı

Sabaha gözlənilən hava

Sabaha gözlənilən hava PROQNOZU

Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib

Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib

Bakıda kollec direktoru vəfat etdi

Bakıda kollec direktoru vəfat etdi

Azərbaycanda daha iki alpinist itkin düşdü-

Azərbaycanda daha iki alpinist itkin düşdü- FOTOLAR

Aprelin 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava

Aprelin 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava

Qaradağda küçələrdən biri hələ də Oktyabr sosialist inqilabının adını daşıyır

Qaradağda küçələrdən biri hələ də Oktyabr sosialist inqilabının adını daşıyır

Maskalı şəxslər Sabunçuda evə basqın ediblər

Maskalı şəxslər Sabunçuda evə basqın ediblər

Milli Məclisin Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatına müzakirəsinə həsr edilən iclası başlayıb

Milli Məclisin Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatına müzakirəsinə həsr edilən iclası başlayıb

Atəşkəs 93 dəfə pozulub

Atəşkəs 93 dəfə pozulub

Fazil Məmmədovun adamı “Atena”nı satır-

Fazil Məmmədovun adamı “Atena”nı satır- Qarşıdurma

Leyla Əliyeva internat məktəbində olub-

Leyla Əliyeva internat məktəbində olub- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur