Bayram günlərinə olan hava PROQNOZU

Xəbərin çap versiyası
Tarix: 19-03-2018, 13:23    |    Xəbər oxunub: 920 dəfə
Bayram günlərinə olan hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bayram günlərinə olan hava proqnozunu açıqlayıb.

Qurumdan AFN-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbərdarlıq

Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıda gələcəkdə baş verə biləcək kütləvi tələfatın bünövrəsi belə qoyulur...-

Bakıda gələcəkdə baş verə biləcək kütləvi tələfatın bünövrəsi belə qoyulur...- VİDEO+FOTOLAR

Rza Rzayev yazır:

Rza Rzayev yazır: "RÖVŞƏNİN QARDAŞI VƏ DOSTU OLMAQ..."

İsa Yaşar Tezel MHP-nin İğdır bələdiyyə başqanlığına namizədi oldu

İsa Yaşar Tezel MHP-nin İğdır bələdiyyə başqanlığına namizədi oldu

Azərbaycanlı jurnalistdən Ərdoğana çağırış:

Azərbaycanlı jurnalistdən Ərdoğana çağırış: “İğdırı “Metsamor terroru”ndan qurtarın”

Ukraynalı vegan-aşpazdan pulsuz master klass-

Ukraynalı vegan-aşpazdan pulsuz master klass- FOTOLAR

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar-

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar- FOTOLAR

Ramil Şeydayev Rusiyada davaya səbəb oldu

Ramil Şeydayev Rusiyada davaya səbəb oldu

Cəlilabadda yol qəzası: yaralılar var

Cəlilabadda yol qəzası: yaralılar var

Elçin Əlibəylinin verilişi bağlandı

Elçin Əlibəylinin verilişi bağlandı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

İstanbulda 5-ci Fashionİst 2018 beynəlxalq gəlinlik və ziyafət geyimləri sərgisi keçirilib

İstanbulda 5-ci Fashionİst 2018 beynəlxalq gəlinlik və ziyafət geyimləri sərgisi keçirilib

Maaşdan vergilər belə hesablanacaq

Maaşdan vergilər belə hesablanacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur