Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb


Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb


Millət vəkili Qənirə Paşayeva və "Aprel 2016" təşkilatı Novruz bayramını aprel zəfəri şəhidlərinin ailələri ilə qarşılayıb.

AFN xəbər verir ki, İçərişəhərdə keçirilən bayram tədbirində millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva şəhid ailələrini bayram münasibətilə təbrik edib. O, "şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır" deyib və şəhidlərin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Millət vəkili aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.
Prezident İlham Əliyevin aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili böyüyən gənclərimizin bu qəhrəmanlarızı tanıması üçün hər kəsi fəal olmağa çağırıb. O, bu istiqamətdə fəal işlər görmək üçün yeni yaradılmış "Aprel 2016 Şəhid ailələrinə dəstək" İB-nin həmtəsisçisilərini təbrik edib, onlara uğurlar diləyib. Onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. "Aprel 2016 Şəhid ailələrinə dəstək "İB həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıblar və yeni yaradılan təşkilatın da şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər. Tədbirdə MÜSİAD təşkilatının rəsmiləri, "AZMAN"şirkətinin və "Art Garden"-nin təmsilçiləri də çıxış edib, şəhid ailələrini təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda hər kəs birlikdə gələn Novruz bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər. Tədbir Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın ifasında "Qarabağ şikəstəsi" ilə başa çatıb.

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu