“Az-Granata” dindarları təxribata çəkir?- Məscid önündə şərab ziyafəti-FOTOLAR


“Az-Granata” dindarları təxribata çəkir?-


Bakıda məscidin önündə şərab evinin açıldığı barədə məlumat vermişdik.



İçərişəhər məscidində yerləşən “İmam Əli” məscidindən bir neçə addım yaxınlıqda spirtli içkilər satılan mağazanın açılışı olub. Bu, ibadət evinə gələn inanclılarla bərabər ölkə müsəlmanlarını narahat edib. Sosial şəbəkələrdə mağazanın burada fəaliyyət göstərməsinə etiraz edilib.

Lakin üstündən çox keçməmiş şərab evinin önündə açıq havada masalar qoyulub və dequstasiya təşkil olunub. Yoldan keçənlərə isə oradakı spirtləri pulsuz dadmaq təklif olunub.

Yaranan mənzərə isə bir daha dindarları qıcıqlandırıb. İbadət evinin çox yaxınlığında şərab evi, üstəlik, qarşısında spirtli içki içilir.

Mağaza “Az-Granata” MMC-yə məxsusdur. Deyəsən şirkət rəhbərliyi dindarları özündən çıxarmaqda israrlı görünür. Çünki mağazanın açılmağı ilə bir qədər gərginlik yarandı və bu, səngiməmişdi ki, məscid önündə insanlar pulsuz şərab içməyə dəvət olunur.

Azərbaycan dünyada İslam dövləti olmasa da, İslam ölkəsi kimi tanınır. Həmçinin odlar yurdunun tolerantlığı, yəni dözümlü olduğu irəli sürülür. Lakin atılan bu addımlar inanclıların dözümlülük damarına basmaq kimi görünür. (minval.info)

“Az-Granata” dindarları təxribata çəkir?-

“Az-Granata” dindarları təxribata çəkir?-

“Az-Granata” dindarları təxribata çəkir?-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu