Bu ilin iki ayında Naxçıvana 45 min 833 turist gəlib


Bu ilin iki ayında Naxçıvana 45 min 833 turist gəlib


Bu il ərzində Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayı açıqlanıb.



Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilir ki, bu ilin yanvar-fevral aylarında muxtar respublikaya 45 min 833 turist gəlib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% və ya 1 161 nəfər çoxdur.

Məlumatda o da bildirilir ki, bu ilin 1 fevral tarixinə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3629 nəfər artaraq 453 min 33 nəfər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu