Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində


Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən xəbərə görə, müdafiə naziri məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.

Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb. Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.

Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu