“Türkiyənin təcrübəsi bizim üçün əhəmiyyətlidir”- Zakir Həsənov


“Türkiyənin təcrübəsi bizim üçün əhəmiyyətlidir”-


“Azərbaycan xalqı Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir və hər zaman Türkiyə xalqının yanındadır”.

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir çıxışında deyib: “Terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirəm. İnanıram ki, yeni razılaşma əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq. Türkiyə bizim üçün çox əhəmiyyətli ölkədir. NATO-nun ən güclü ordularından olan Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda dilimiz, dinimiz, mədəniyyətimiz bir olan Türkiyənin hərbi biliklərindən istifadə edəcəyik”.(azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu