20 nömrəli məktəbin direktoruna töhmət verildi


20 nömrəli məktəbin direktoruna töhmət verildi


Son günlərdə kütləvi informasiya vasitələrində Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseylə bağlı yayılan məlumatlarla əlaqədar bu təhsil müəssisəsində araşdırma aparılıb.



Lent.az-ın əldə etdiyi məlumata əsasən, Təhsil Nazirliyinin apardığı xidməti araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub.

Aldığımız məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən, Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Həmçinin aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu