Leyla Əliyeva azərbaycanlı döyüşçünün xatirəsini yad etdi- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 13-04-2018, 22:59    |    Xəbər oxunub: 646 dəfə
Leyla Əliyeva azərbaycanlı döyüşçünün xatirəsini yad etdi-


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.



Fonddan Qaynarinfo-ya bildiriblər ki, görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın "Dobrovolets Politex” axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən "Nevskiy Pyataçok” memorialında dəfn edilib. Onun üzərində tapılan medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna təqdim olunub.

Tapılan əşyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə gətirilib.

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həyatlarını qurban vermiş azərbaycanlıların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O, həmin müharibədə 300 min övladı həlak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

Leyla Əliyeva azərbaycanlı döyüşçünün xatirəsini yad etdi-

Leyla Əliyeva azərbaycanlı döyüşçünün xatirəsini yad etdi-

Leyla Əliyeva azərbaycanlı döyüşçünün xatirəsini yad etdi-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycanda tikinti proseduru sadələşib-

Azərbaycanda tikinti proseduru sadələşib- VİDEO

Putin etirazlara görə təcili İrəvana zəng edib

Putin etirazlara görə təcili İrəvana zəng edib

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

Pensiya ilə bağlı sorğu icraata qəbul edilib

Pensiya ilə bağlı sorğu icraata qəbul edilib

“Instagram” da bu funksiyanı aktivləşdirdi

“Instagram” da bu funksiyanı aktivləşdirdi

Marsda canlı yaşayır?-

Marsda canlı yaşayır?- Tabut elm aləmində şok yaradıb-FOTOLAR

Rus arxivi açıldı:

Rus arxivi açıldı: “erməni soyqırımı” ilə bağlı şok sənəd

Ermənistanda hakim koalisiya dağıldı

Ermənistanda hakim koalisiya dağıldı

"Ağadadaşın bildiyi o qədərdir"- Nəzakət Teymurovadan etiraz

Bu yol bağlanır

Bu yol bağlanır

Yeni nazirdən daha 4 təyinat

Yeni nazirdən daha 4 təyinat

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur