Salyanda fermer pambıqçıların pulunu vermir

Xəbərin çap versiyası
Tarix: 14-04-2018, 12:50    |    Xəbər oxunub: 856 dəfə
Salyanda fermer pambıqçıların pulunu vermir


Salyanda fermer Telman Qasımov ötən ilin yayından pambıq tarlasında çalışdırdığı 40-a yaxın qadın işçinin pulunu vermir.

Bu barədə Telman Qasımovun pambıq sahəsində işlətdiyi qadınlar məlumat verib.

Şikayətçilər bildirir ki, fermer yay boyu tarlasında çalışdırdığı, alaq və pambıq yığımı işlərini görən işçi qadınları qapısında süründürür. Sakinlər bələdiyyə və icra orqanlarına da bu barədə müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb:

"Yayın istisində gecə-gündüz çalışmışıq, alaq etmişik, məhsul yetişdikdən sonra pambığı yığıb təhvil vermişik. Amma 1 ilə yaxındır ki, pulumuzu ala bilmirik. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik. Kimə müraciət ediriksə, məhəl qoyan yoxdur. Telman Qasımov yaydan bəri pulumuzu vermir. Dünən bələdiyyəyə də şikayətə getdik. Deyir ki, mən nə edə bilərəm?! Kimə şikayət edə bilirsinizsə edin, pulunuzu alın. Telefonlarımıza cavab vermir, zənglərimizi açmır. İcra nümayəndəliyinə də müraciət etmişik. Onlar da, "tapşırarıq verər" deyirlər, amma ortalıqda heç bir şey yoxdur. Əlacsız qalmışıq. Daha tanış-bilişdən də borc almağa utanırıq. Dükanlara, mağazalara o qədər borcumuz var ki, çatdırıb verə bilmirik. Halal zəhmətimizin haqqını tələb edirik".

Məsələ ilə bağlı fermerlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.(qaynarinfo.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərçay” və “Bizim Tarla” Lənkəranda

“Azərçay” və “Bizim Tarla” Lənkəranda "Çay, çəltik, sitrus festivalı"nda iştirak edib- FOTOLAR

Qənirə Paşayevanın Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifinə bələdiyyə başçısından dəstək

Qənirə Paşayevanın Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifinə bələdiyyə başçısından dəstək

Səyavuş Heydərov Beynəlxalq Vineyard kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi ilə görüşüb

Səyavuş Heydərov Beynəlxalq Vineyard kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi ilə görüşüb

Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti nəticəsində xaricdən idxal edilən melas məhsulu yerli xammalla əvəz ediləcək

Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti nəticəsində xaricdən idxal edilən melas məhsulu yerli xammalla əvəz ediləcək

Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

Prezident və xanımı açılışda iştirak edib-

Prezident və xanımı açılışda iştirak edib-

Qənirə Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafatlandırılıb

Qənirə Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafatlandırılıb

Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axını təmin ediləcək

Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axını təmin ediləcək

Tərtərdə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Tərtərdə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Daha 83 dövlət əmlakı hərraca çıxarılır

Daha 83 dövlət əmlakı hərraca çıxarılır

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib

Tutqun hava şəraiti davam edəcək

Tutqun hava şəraiti davam edəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur