Rokfellerin ölüsü də pul qazansın deyə insanlıqdan gizlədilən gerçək möcüzə

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 14:51    |    Xəbər oxunub: 1 675 dəfə
Rokfellerin ölüsü də pul qazansın deyə insanlıqdan gizlədilən gerçək möcüzə


İnsan oğlu 100 min ildir ki, inkişaf edir və təkmilləşir. Hətta son 50 ildə nail olunan sürətlə birlikdə mükəmməl bir şəkildə inkişaf edir deyə bilərik.
Fəqət, faydalı və qədim alışqanlıqlarımızdan, adətlərimizdən əl çəkmək xətasına yol verərək ölümə gedən bir nəsil olaraq zamanın bəxş etdiyi təbii nəticə olduğundanmıdır ya yox unutmamağımız vacib olan çox önəmli başqa bir gerçəkdən də əl çəkirik bu aralar.


Unudub vaz keçdiyimiz, daha doğrusu, müxtəlif yollarla bizlərə unutturulmağa çalışılan əslində hamımızın bildiyi bir element olan gümüşdür.
Qeyd etdiyimiz “inkişaf və tərəqqi” ilə qədim çağlardakı isanların sağlamlıq və səhhət ilə əlaqədar məsələlərdə ən çox müraciət etdiyi gümüş elementi müəmmalı şəkildə insanların nəzər-diqqətindən uzaq tutulmağa çalışılır. Əksəriyyətimiz isə gümüşdən olan kolye, bilərzik, üzük kimi zinət əşyalarını istifadə etməkdən başqa bir şey bilmir. Lakin qədim vaxtlarda xəstəliklərin sağaldılmasında gümüş çox sıx istifadə edilən bir element olmuşdur.
Gümüşün faydaları Yuli Sezar zamanından bəri məlumdur. Romalılar kiçik gümüş parçacıqlarından yanıqlar, kəsiklər və yaraları sağaltmaq üçün, qreklər isə şərabı, su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edirdilər.
14-cü əsrə gəldiyimizdə qara vəba virusu Avropa əhalisinin 25 %-ni məhv edərkən təkcə çingənələr, qaraçılar bu xəstəliyə yoluxmadı. Səbəbi isə çingənələrin gümüşü inyeksiya ediləcək hala salıb damar yolu ilə bədənlərinə köçürməsi olmuşdur.

Rokfellerin ölüsü də pul qazansın deyə insanlıqdan gizlədilən gerçək möcüzə


Bəs, gümüş hansı xüsusiyyətləri ilə insanlar toplu şəkildə məhv olarkən çingənələri qoruya bilmişdi?

Gümüş ionlarının ən önəmli özəlliyi antibakterial olmasıdır və zəif toksik xüsusiyyətlərinə malik olduğundan üzərində mikroorqanizmlərin immunitet qazana bilmədikləri ağır metaldır. Bununla yanaşı, gümüş elementi antibiotik xüsusiyyətə malikdir və bakterial infeksiyalarda, yanıqlarda, xroniki bağırsaq xəstəliklərində istifadəsi çox-çox faydalıdır. Gümüş elementi çox asan reaksiyaya girən bir metal olduğundan dolayı zəhəri də dərhal müəyyən edə bilir.
Doktorlar gümüşün faydalarını bilirlər və xəstələrinə əgər sağlam olmalarını istəyirlərsə gümüş qablarda və gümüş çəngəl, bıçaq, qaşıq istifadə edərək yemək yemələrini tövsiyyə edirdilər.
Zəhərlənmələrdən qorunan dövlət adamları da demək olar ki, həmişə gümüşdən emal edilmiş stəkan, qab, qaşıq və çəngəl və.s əşyalardan istifadə edirdilər.
“Ağzında gümüş qaşıqla doğulub sanki” ifadəsini və zəngin insanlar üçün deyildiyini yəqin ki eşitmisiniz. Bu məşhur ifadənin kökü insanların gümüşün müalicəvi faydasınl bildiklərindən yeni doğulan uşaqları qorumaq üçün ağzına qaşıq qoymaqlarından irəli gəlir.
Gümüşün eyni zamanda 450 növ bakteriyanın DNT-sini pozaraq yox edə bilən xüsusiyyəti vardır. Vücudda olan sağlam hüceyrələrin sürətlə bölünərək çoxalmasına imkan yaradaraq günümüzdə hələ də görülən bir çox xəstəliyin yayılmasını əngəlləyən bir elementdir.

Nə oldu ki, gümüş həyatımızdan çıxarılmağa başlandı?

Madam ki, bu qədər faydası var, nə üçün müxtəlif yollarla vücudumuzun bu elementi almasını təşkil edə bilmirik? Bu hadisənin çıxış nöqtəsi II Dünya Müharibəsi dövrünə qədər gedib çıxır. O dövrdə xəstəliklərin və yaraların müalicəsi üçün kəşf edilən pensilin sintetik olaraq istehsal edilməyə başlandı. Və beləliklə, tibdə patenti alınmış sintetik dərmanlarla, böyük dərman firmalarını çox zəngin edən yeni bir çağ başladı. Bu şirkətlər patentini almadıqları heç bir şeyi sata bilməyəcəkdilər və təbiətdə mövcud olan maddələr də təbiəti etibarı ilə patentləmək olmaz. Beləliklə, içində doğulduğumuz sistemin məhsulu olaraq gümüş müəyyən bir şəkildə həyatımızdan çıxarılmağa başlandı. Daha doğrusu, tam mənada çıxarıldı demək səhv olar, müəyyən üsullarla unutmağımız və onun yerinə firmaların istehsal etdiyi sintetik pensilini istifadə etməyimiz aşılandı.
1906-cı ildə bütün böyük dərman şirkətlərini satın alan Con David Rokfeller kolodial gümüşün dərman satışlarının qarşısında əngəl təşkil edəcəyini bilirdi. Bu səbəbdən Cude Abraham Felksnerin yardımı ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu mövzusundan bəhs edilməməsi və bu göstərişə əməl etməyən professorların unversitetlərdən uzaqlaşdırılacaqları bildirilmişdi. İşin qəribə tərəfi Rokfeller öz ailəsinin heç bir vaxt dərmanlardan istifadə etmələrinə icazə vermədi. Bu yaxınlarda ölən Rokfellerin qoyub getdiyi mirasa ən çox gəlir gətirən sektorlardan biri də əlbəttə ki, dərman sektoru idi.

Maraqlıdır elə deyilmi?

Gümüş elementi bütün bu dediklərimizdən dolayı müxtəlif üsullarla həyatımızdan çıxarıldı. Əksər insanlar bu gün belə gümüşün vacib faydalarından yararlana bilmir. Çünki bunları bizlərə başa salmadılar, öyrətmədilər. Üstəlik, istifadə etməyimiz üçün heç bir zaman söhbət açılmadı. Əksinə, mütəmadi sintetik olaraq istehsal edilən və patentlənmiş dərmanlar satılır. Baxaq görək insan oğlu bu dərmanlara daha nə qədər davam edə biləcək...
Son olaraq qeyd edək ki, tərkibində gümüş ionları mövcud olan tək qida maddəsi qozdur. Bu bilgiləri oxuyub fikrinizdə dəyişiklik oldusa sıx olaraq istifadə edəcəyiniz qozun çox faydalı olduğunu unutmayın.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə VİDEOÇARX

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur