SON DƏQİQƏ
- AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
- Azərbaycanda tikinti proseduru sadələşib- VİDEO
- Putin etirazlara görə təcili İrəvana zəng edib
- Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
- Pensiya ilə bağlı sorğu icraata qəbul edilib
- “Instagram” da bu funksiyanı aktivləşdirdi
- Marsda canlı yaşayır?- Tabut elm aləmində şok yaradıb-FOTOLAR
- Rus arxivi açıldı: “erməni soyqırımı” ilə bağlı şok sənəd
- Ermənistanda hakim koalisiya dağıldı
- "Ağadadaşın bildiyi o qədərdir"- Nəzakət Teymurovadan etiraz
- Bu yol bağlanır
- Yeni nazirdən daha 4 təyinat
"Bon Appetit"dən ölkə qanunlarına hörmətsizlik- Vergilər Nazirliyində açıqlama
Tarix: 16-04-2018, 17:56 | Xəbər oxunub: 989 dəfə
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.
Nazirlikdən AFN-ə verilən məlumatda bildirilir ki, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.
Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.
Diqqətinizi çəkə biləcək digər xəbərlər