"Nestle” və "L’Oreal"ın borcu var- ATV, "Xəzər" və ARB-dən kəskin qərar


"Nestle” və "L’Oreal"ın borcu var-


Televiziya reklam bazarının strateji inkişafı, optimallaşdırılması, sabitləşdirilməsi və təkmilləşdirilməsi baxımından ATV, "Xəzər" və ARB telekanallarının birgə fəaliyyəti çərçivəsində əldə edilən növbəti ümumi razılığa əsasən, "Nestle” və "L’Oreal” brendlərinə daxil olan məhsulların reklamları 21 aprel tarixindən etibarən dayandırılır.



AFN Qaynarinfoya istinadən xəbər verir ki, birgə qərarın səbəbi - "ZenithOptimedia” reklam agentliyinin bu telekanallarının hər birində yayımlanmış reklamların ödənişini uzun müddət əsassız olaraq gecikdirməsidir.

Məsələ öz həllini tapana qədər qeyd edilən məhsulların reklamları bu üç yayımçının tele və radio kanallarında dayandırılır.

Qeyd edək ki, "Nestle” və "L’Oreal” brendlərinin ölkə televiziyalarında reklamları "ZenithOptimedia” reklam agentliyi vasitəsi ilə yerləşdirilir.

Onu da qeyd edək ki, məsələni ATV və ARB Teleradio Şirkətlərinin Mərkəzləşdirilmiş Marketinq Departamentinin Direktoru İsmayıl Həsənov təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu