Sabaha gözlənilən hava şəraiti


Sabaha gözlənilən hava şəraiti


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.



Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu