SON DƏQİQƏ
- Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...
- Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM
- Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
- Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq
- Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!
- Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR
- Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR
- Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib
- Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib
- Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”
- Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO
- Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR
Bakıdakı 263 saylı məktəbdə 1-ci sinif şagirdi zorlanıb, valideyinlər aksiya keçirir
Tarix: 25-04-2018, 14:00 | Xəbər oxunub: 1 922 dəfə
Azərbaycanda daha bir məktəb zorlama cinayəti ilə gündəmə gəlib.
Belə ki, BiG.az saytının yazdığına görə Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Bu barədə sayta uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.
Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.
Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək hadisəni ört-basdır etdiyini deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək onun məktəbdən qovulmamasına da nail olublar.
Bildirilir ki, həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiyaya toplaşıblar.
Onlar direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Lakin direktor qəzəbli valideyinləri qəbul etmir.
“Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.
Bildirilir ki, seksual zorakılığa məruz qalan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimovanın sinfində oxuyur.
Son məlumata görə məktəbin qarşısına toplaşan valideyinlərə polis müdaxilə edib, gərginlik isə qalmaqdadır. virtualaz.org məktəblə əlaqə saxlayıb, telefon zənginə cavab verən şəxs bildirib ki, deyilənlər “şaiyədir” və araşdırılır. Bu biabırçı hadisə ilə bağlı əlavə təfərrüatlar dəqiqləşdirməyə çalışırıq.
Diqqətinizi çəkə biləcək digər xəbərlər