Heydər Əliyevin keçmiş mühafizəçisi “Hafka”nı söydüyünə görə vurulub?

Xəbərin çap versiyası
Tarix: 2-05-2018, 19:26    |    Xəbər oxunub: 3 943 dəfə
Heydər Əliyevin keçmiş mühafizəçisi


Mərhum prezident Heydər Əliyevin mühafizə xidmətinin əməkdaşı olmuş sabiq polis rəisi Müşfiq Mədətovu və hazırda Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən Kazım Abbasov, Məhəmməd İsmayılov, Emil Həsənov və Ramal Ağayevin cinayət işi üzrə məhkəmə davam edib.

AFN lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Adəm Məmmədov prosesdə jurnalistlərin iştirak etməməsini istəyib.

O, məhkəməyə müraciət edərək jurnalistlərin zaldan çıxarılmasını istəyib. Hakim isə prosesin açıq olduğunu bildirib və Adəm Məmmədovun vəsatətini təmin etməyib.

Prosesin davamında prokuror ittiham aktını elan edib.

Emil Həsənov, Məhəmməd İsmayılov və Kazım Abbasov özünü qismən təqsirli bilib. Ramal Ağayev isə özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş qismində Müşfiq Mədətov dindirilib. Keçmiş polis rəisi ifadəsində təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını deyib.

M.Mədətov kafedə olarkən heç bir səbəb olmadan tanımadığı şəxslərin ona hücum etdiyini və dava olduğunu deyib: "Yanımda iki dostum var idi. Hər gün orda olurdum. Onlar yaxınlaşan kimi vurdular. Elə divanda uzandım. Yanımdakılar da müdaxilə etmədi".

Dövlət ittihamçısının suallarından aydın olub ki, hadisəyə M.Mədətovun kafedə "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun ünvanına söyüş söyməsi səbəb olub. Amma M.Mədətov bununla razılaşmayıb. Deyib ki, Məmmədovu söyməyib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğun yaydığı məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib, ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində "Lexus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə oradan qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Onu da qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Daha sonra həbs edilib və 11 il müddətə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Unudulmaz qış nağılı

Unudulmaz qış nağılı

İlin “ən yaxşıları” seçildi:

İlin “ən yaxşıları” seçildi: “Xəzər” Milli Mükafatı təqdim edildi-FOTOLAR

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur