Qüdrət Həsənquliyev maaş artımına etiraz: “Azı 8 min manat olmalıdır”


Qüdrət Həsənquliyev maaş artımına etiraz:


Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

Bununla bağlı layihənin müzakirəsi zamanı Q.Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu