Vəfat etmiş adamların adına büdcədən pensiya ayrılıb: 624 min manat

Xəbərin çap versiyası
Tarix: 15-05-2018, 11:50    |    Xəbər oxunub: 651 dəfə
Vəfat etmiş adamların adına büdcədən pensiya ayrılıb:


"Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” rəsmi hesabatında Azərbaycanda vəfat etmiş 181 nəfərə qanunsuz olaraq pensiya yazıldığı açıqlanıb.

Sənəddə göstərilib ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib. Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxsin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

Dövlət Sosial Müdafiə Fondu uzun illər eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun birbaşa nəzarətində olub.

Bu fakt cinayət işinin başlanması üçün əsas ola bilərmi?

Modern.az-ın bu qəbildən olan suallarını tanınmış vəkil Cavad Cavadov cavablandırıb.

Hüquqşünas deyib ki, Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən Hesablama Palatasının açıqladığı hesabatdakı məlumatlar cinayət işinin başlanması üçün birbaşa əsasdır: ""Hesablama Palatası haqqında” Qanuna və nizamnaməsinə görə, qurum faktları Baş Prokurorluğa təqdim etməyə borcludur. Çünki burada birbaşa cinayətin əlamətləri var. Bu sadə deyil, açıq-aşkar korrupsiya cinayətləridir”.

C.Cavadov bildirib ki, faktlara görə konkret məsuliyyət daşıyacaq şəxslərin aydınlaşdırılması, cinayət törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istintaq orqanın səlahiyyətidir: "Amma fakt olaraq ölmüş şəxslərin adına pensiya yazılması açıq-aşkar cinayətdir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Gedəcək yer axtaran azərbaycanlılar..."- Rza Rzayev yazır

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi-

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi- ŞİKAYƏT

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır-

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır- FOTO

"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Avtobusa silahla girib polislə əlbəyaxa oldu-

Avtobusa silahla girib polislə əlbəyaxa oldu- Bakıda olay

“Tağıyevin evi deyil...”-

“Tağıyevin evi deyil...”- Sökülən bina ilə bağlı açıqlama

Arzu Əliyeva AXC ilə bağlı film çəkib-

Arzu Əliyeva AXC ilə bağlı film çəkib- VİDEO

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk-

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk- "Veysəloğlu"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur