İşdən çıxarılan generalın yerinə rəis təyin edildi


İşdən çıxarılan generalın yerinə rəis təyin edildi


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yeni rəis təyin edilməsi ilə bağlı əmr imzalayıb.



AFN unikal.org-a istinadən xəbər verir ki, Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük xidməti polkovnik-leytenantı Bəhruz Quliyevi rəis təyin edib.

Xəbər Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün əvvəl "dərman mafiyası”na görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev işdən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu