Bayıl yenə sürüşdü: 2 ev tamamilə dağılıb

Xəbərin çap versiyası
Tarix: 16-05-2018, 11:00    |    Xəbər oxunub: 714 dəfə
Bayıl yenə sürüşdü:


2018-ci il may ayının 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Bu barədə Səbail Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda bildirilib ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib:

- Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayıcı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər".

Qeyd edilib ki, mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. "Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümid edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur