Daha bir rayonda torpaqların elektron kadastr uçotu işlərinə start verilib

Xəbərin çap versiyası
Tarix: 16-05-2018, 16:41    |    Xəbər oxunub: 679 dəfə
Daha bir rayonda torpaqların elektron kadastr uçotu işlərinə start verilib


Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir rayonda-Şamaxıda bu istiqamətdə işlərə start verilib. Bununla əlaqədar Şamaxıda mayın 16-da keçirilən tədbirdə görüləcək işlərin mahiyyəti və nəticələri izah olunub. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.



Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər. Bildirilib ki, bu işlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli müvafiq Fərmanına əsasən həyata keçirilir. Şamaxıda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib.

Bildirilib ki, rayonda torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılması nəticəsində reallığı əks etdirən xəritələrə və aktual elektron kadastr məlumat bazasına nail olunacaqdır, Bu da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə “Harada, nə qədər, hansı keyfiyyətdə torpaq var?” sualına dəqiq cavab tapmaq imkanını verəcəkdir.

Həmçinin qeyd edilmişdir ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə torpaqların islahat sənədlərindəki məkan göstəriciləri və faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, torpaqla bağlı sənədləşmə işlərindəki problemlər öz müsbət həllini tapacaqdır.

Torpaq üzərində dövlət nəzarətinin həyata keçirilməsi bu sistem əsasında aparılacaqdır. Görülən işlər zamanı rayon üzrə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşəcək. Bununla da torpaqların elmi əsaslarla idarə edilməsi imkanları genişlənəcək.

Tədbirdə rayonda aparılacaq kadastr uçotu işinin təşkilati məsələləri müzakirə edilmişdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərçay” və “Bizim Tarla” Lənkəranda

“Azərçay” və “Bizim Tarla” Lənkəranda "Çay, çəltik, sitrus festivalı"nda iştirak edib- FOTOLAR

Qənirə Paşayevanın Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifinə bələdiyyə başçısından dəstək

Qənirə Paşayevanın Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifinə bələdiyyə başçısından dəstək

Səyavuş Heydərov Beynəlxalq Vineyard kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi ilə görüşüb

Səyavuş Heydərov Beynəlxalq Vineyard kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi ilə görüşüb

Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti nəticəsində xaricdən idxal edilən melas məhsulu yerli xammalla əvəz ediləcək

Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti nəticəsində xaricdən idxal edilən melas məhsulu yerli xammalla əvəz ediləcək

Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

Prezident və xanımı açılışda iştirak edib-

Prezident və xanımı açılışda iştirak edib-

Qənirə Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafatlandırılıb

Qənirə Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində mükafatlandırılıb

Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axını təmin ediləcək

Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axını təmin ediləcək

Tərtərdə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Tərtərdə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Daha 83 dövlət əmlakı hərraca çıxarılır

Daha 83 dövlət əmlakı hərraca çıxarılır

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib

Tutqun hava şəraiti davam edəcək

Tutqun hava şəraiti davam edəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur