Ülkər Musazadə Dövlət Agentliyinə mətbuat katibi təyin edildi

Xəbərin çap versiyası
Tarix: 17-05-2018, 16:26    |    Xəbər oxunub: 683 dəfə
Ülkər Musazadə Dövlət Agentliyinə  mətbuat katibi təyin edildi


Tanınmış siyasi yazar Ülkər Musazadə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə mətbuat katibi təyin olunub. Bu haqda Dövlət Agentliyindən AFN.az-a verilən məlumatda bildirilib.



Ülkər Musazadə bu günə kimi diaspora, lobbiçilik, Dağlıq Qarabağ məsələsi, Azərbaycan iqtisadiyyatı, Alternativ enerji və qeyri neft sektorunun inkişafı və sairə önəmli məsələlərlə bağlı beynəlxalq mətbuatda yazılarla çıxış edib.
Ülkər Musazadə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Ölkə daxili və xarici bir sıra nüfuzlu nəşrlərdə çalışıb. Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sədri vəzifəsində çalışıb.
Voicepress.az Beynəlxalq İnformasiya Bürosunun təsisçisi və baş redaktorudur. Pakistan Azərbaycan Media forumunun rəhbəri, “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adlı könüllü jurnalistlərdən ibarət layihənin təşəbbüskarıdır.
Parlament Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Pulun qanlı dodaqları” detektiv romanı və “ Uzun yol” şeirlər toplusunun müəllifidir.
Qeyd edək ki, Ülkər Musazadə 01.11.2015 ci il tarixində keçirilən Parlament seçkilərində 33 saylı Xətai rayonu birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Gedəcək yer axtaran azərbaycanlılar..."- Rza Rzayev yazır

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi-

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi- ŞİKAYƏT

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır-

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır- FOTO

"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Avtobusa silahla girib polislə əlbəyaxa oldu-

Avtobusa silahla girib polislə əlbəyaxa oldu- Bakıda olay

“Tağıyevin evi deyil...”-

“Tağıyevin evi deyil...”- Sökülən bina ilə bağlı açıqlama

Arzu Əliyeva AXC ilə bağlı film çəkib-

Arzu Əliyeva AXC ilə bağlı film çəkib- VİDEO

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk-

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk- "Veysəloğlu"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur