Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi

Xəbərin çap versiyası
Tarix: 17-05-2018, 21:27    |    Xəbər oxunub: 602 dəfə
Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi


Qazın, işığın talanması 5 min manata qədər törədildikdə inzibati məsuliyyət yaradacaq – Əvvəl bu, min manatadək idi



İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsini "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişikliyə əsasən, 282-ci maddənin "Qeyd" hissəsində "min manatadək olan" sözləri "beş min manatdan yuxarı olmayan" sözləri ilə əvəz edilib.

Mövcud maddənin qeyd hissəsində deyilir ki, bu maddədə "az miqdarda" dedikdə, min manatadək olan məbləğ başa düşülür.

Təklif olunan qeyd hissəsində isə deyilir ki, bu maddədə "az miqdarda" dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Qeyd edək ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanuna əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasına görə cinayət məsuliyyəti, bu əməllər beş min manatdan yuxarı məbləğdə ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl qeyd olunan məbləğə qədər törədildikdə isə inzibati məsuliyyətin yaranması təklif edilir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur