Tanınan aktrisa "Unibank"da kobudluqla üzləşdiyini deyir- VİDEO


Tanınan aktrisa "Unibank"da kobudluqla üzləşdiyini deyir-


Tanınan aktrisa Tunay Əliyeva "Unibank"ın ofisində kodubluqla üzləşdiyini bildirib.

AFN xəbər verir ki, aktrisa bununla bağlı sosial şəbəkədə paylaşdığı videoda "Unibank"ın 3-cü mikrorayonda yerləşən ofisində olarkən təbii ehtiyacını ödəmək üçün tualetə getmək istədiyini, lakin icazə verilmədiyini bildirib: "Bankın işçiləri ayaqyolunun müştərilər üçün nəzərdə tutulmadığını dedilər, üstəlik mənimlə çox kobud və hörmətsizcəsinə davrandılar". T.Əliyeva bir neçə xarici ölkədə olduğunu, lakin heç yerdə müştəriyə qarşı bu cür davranış görmədiyini qeyd edib.
Aktrisanın paylaşdığı videomaterialı təqdim edirik.
P.S. Gec saatları olduğu üçün "Unibank"ın mövqeyini almaq mümkün olmadı. Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu