Qətərdə AXC-nin 100 illiyi qeyd olunub- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 22-05-2018, 18:58    |    Xəbər oxunub: 715 dəfə
Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-


Doha şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 28 May - Respublika günü münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi tərəfindən rəsmi qəbul - ziyafət təşkil edilib.

AFN xəbər verir ki, qəbulda Qətərin rəsmi şəxsləri, o cümlədən Qətərin inzibati inkişaf, əmək və sosial məsələlər naziri Issabin SaadAl-Juffali Al-Nuaimi və Qətər XİN Protokol idarəsinin rəisi İbrahim Faxru, həmçinin Qətərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türk icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları iştirak edib.

Tədbirdə hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra səfir Rəşad İsmayılov açılış nitqi ilə çıxış edərək, qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan və dünya üçün əlamətdar hadisə olduğunu bildirən səfir AXC-nin müsəlman şərqində ilk demokratik respublika olduğunu xatırladıb.

Daha sonra səfir 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini qazanmasından sonra üzləşdiyi çətinliklər və ərazilərimizin işğalı haqqında danışmış və xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin inkişaf və sabitlik mərhələsinə qədəm qoyduğunu əlavə edib. Səfir Azərbaycanın bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə böyük inkişafın şahidi olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan və Qətər arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Respublikası Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu və həmin səfərlərin qarşılıqlı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynadığını qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən video-çarxlar göstərilib. Ölkəmizdən gəlmiş sənətçilərin ifasında milli rəqslərimiz nümayiş etdirilib və milli musiqi parçaları səsləndirilib.

Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.

Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-

Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-

Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-

Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-

Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-

Qətərdə AXC-nin 100 illiyi qeyd olunub-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar-

Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə

“Azərbaycanlıları məyus olmamağa çağırıram”-

“Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama

“Sən ordan çıx, mən burdan...”-

“Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA

Aqil Acalov:

Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"

Lotu Qulinin 3 adamı tutuldu:

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı-

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL

ADRA-dan şikayət-

ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur