ASAN Xidmətlə bağlı yeni qərar


ASAN Xidmətlə bağlı yeni qərar


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.



Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs də daxil edilib.

Qeyd edək ki, "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Prezident İlham Əliyevin 14 mart 2018-ci il fərmanı ilə yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu