SON DƏQİQƏ
- Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə
- “Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama
- “Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA
- Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"
- Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"
- Lotu Qulinin 3 adamı tutuldu: polis basqını
- Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL
- ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil
- Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR
- İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi
- Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR
- Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır
Sabaha gözlənilən hava şəraiti
Tarix: 24-05-2018, 13:14 | Xəbər oxunub: 664 dəfə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
Mayın 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Rayonlarda hava şəraiti günün birinci yarısınadək əksər rayonlarda əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında isə bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, axşam saatlarında durğun hava şəraiti diskomfort hissi yarada bilər.
Diqqətinizi çəkə biləcək digər xəbərlər