Milli Məclis ombudsmanın təklifini rədd etdi

Xəbərin çap versiyası
Tarix: 25-05-2018, 17:43    |    Xəbər oxunub: 689 dəfə
Milli Məclis ombudsmanın təklifini rədd etdi


Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktı qəbul etməyəcək.

Bu barədə Modern.az-a Milli Məclisdən bildirilib.

Mənbə qeyd edib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Lakin Milli Məclis tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktının qəbul edilməməsinin aşağıdakı səbəbləri var:

"Bildiyimiz kimi, Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edib. Qanun layihələrinin tətbiqinə 2017-ci ilin dekabrın 1-dən başlanılıb. Həmin müddətdən məhkəmələrə 4000-dən çox təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Daha 5 min təqdimatın göndərilməsi nəzərdə tutulur. Ümumiləşdirdikdə isə bu qanunun tətbiqi ilə bağlı 1500-ə yaxın şəxs həbsdən azad ediləcək, minlərlə məhkumun isə cəzaları yüngülləşdiriləcək”- deyə mənbə bildirib.

Qeyd edək ki, Azərbaycanda indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur