Polis rəisi özünə yeni balıq vətəgəsi alıb


Polis rəisi özünə yeni balıq vətəgəsi alıb


Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyev özünə yeni balıq vətəgəsi alıb.

AFN-in xəbərinə görə, bu barədə "Report”a rayon sakinləri məlumat verib.

Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiqdir.

Qeyd edək ki, buna qədər V.Şəbəndiyevin başqa vətəgələri də olub.

Xatırladaq ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu