Poliqamiya kişilərin ürəyi üçün təhlükəlidir


Çoxarvalılıq işemik ürək xəstəlikləri riskini dörd dəfə yüksəldir

Poliqam nikahda olan kişilərdə koronar damarların daralması (və ürəyin işemik xəstəlikləri) riski – bir həyat yoldaşı ilə nikahda olan kişilərə nisbətdə dörd dəfə daha yüksəkdir. Ərəb alimi Əmin Daulah belə bir nəticəyə gəlib.
AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, alim tədqiqatların nəticələri barədə aprelin 29-da keçirilən Asiya kardioloqlarının konfransında məlumat verib. Risk yüksəkliyini Əmin bir neçə ailəni idarə etmək nəticəsində ortaya çıxan maliyyə və psixoloji problemlərlə əlaqələndirib. Onun tədqiqatları haqda Live Science nəşri məqalə dərc edib.
Daulah və həmkarları Yaxın Şərqdə - çoxarvadlılığın normaya çevrildiyi (həm mədəni, həm də hüquqi nöqteyi-nəzərdən) bir regionda fəaliyyət göstərirlər. Həkimlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin klinikalarında ürək xəstəlikləri üzrə tədqiqat işləri apararkən, 687 kişini müayinə ediblər. Müayinə olunanların orta yaşı – 59 yaş təşkil edib. Onlardan 68 faizinin bir həyat yoldaşı olub. Məlum olub ki, poliqam nikahda olan kişilərdə koronar damarların daralması riski 4,6 dəfə yüksəkdir (damarların dəfələrlə daralması riski isə 2,6 dəfə çoxdur).
Çox güman ki, bu, Quranda deyildiyi kimi ərin hər bir qadınına (və onun uşaqlarına) eyni diqqət və qayğı göstərməyə borclu olması fikri ilə əlaqəlidir. “Görünür, bu, bir neçə arvadı olan və uşaqlarının artıq özlərinin ailə qurduqları ailədə artan yükün ağırlığından qaynaqlanır”, - Daulah izah edir.
Lakin tədqiqatçı qeyd edir ki, bu heç də poliqamiya ilə ürəyin işemik xəstəlikləri arasında səbəb-nəticə kimi əlaqə olması anlamına gəlmir. “Ola bilsin ki, xəstəliyə tutulma riskini başqa gizli amillər – məs, ər və arvad arasında etibarın dərəcəsi, yemək vərdişləri və genlər artırır” – Əmin vurğulayıb.
Tədqiqatları şərh edənlər qeyd ediblər ki, poliqamiyanın qadınların ürək-damar sisteminə təsirini araşdırmaq da az əhəmiyyət daşımır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu