BNA-dan çimərlik mövsümü ilə əlaqədar dəyişiklik


BNA-dan çimərlik mövsümü ilə əlaqədar dəyişiklik



Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən AFN-ə verilən məlumata görə, dəyişiklikdə məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:



· 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

· 108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

· 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

· 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

· 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

· 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

· 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

· 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

· 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu