Lotu Quli Bakıya gəlib?- VİDEO


Lotu Quli Bakıya gəlib?-


Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib.

AFN xəbər verir ki, bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib.

Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

Ötən ilin oktyabr ayının 24-də Q1aradağ Rayon Məhkəməsi vəkilin Lotu Qulinin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu