Lüksemburq Köbər oldu- bəzi kəndlərin adı dəyişdirilir


Lüksemburq Köbər oldu-


Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında bəzi ərazi vahidlərinin adları dəyişdirilir.

15 rayonun bəzi kənd və qəsəbələrinin adlarının dəyişdirilməsi nəzərdə tutulub.

Dəyişiklikdən sonra Ağsu rayonun Gürcüvan kəndi - Xanbulaq, Astara rayonun Kakalos kəndi - Qamışovka , Goranboy rayonu Ağamalıoğlu kəndi - Düzqışlaq, Əzizbəyov kəndi - Kəhrizli, Göygöl rayonun Xanlar qəsəbəsi – Ağdağ, Mixayılokva kəndi – Bənövşəli, Xaçmaz rayonu Alekseyevka kəndi - Çaykənarı, Müqtədir qəsəbəsi - İstisu, Krasnı Xutor kəndi - Şıxlı, Xızı rayonu Çistı Klyuç kəndi - Safbulaq, Şuraabad qəsəbəsi - Şorabad, Qazax rayonu Kommuna kəndi - Bala Çaylı, Quba rayonu Novonikolayevka kəndi - Çaydüzlü, Qusar rayonu üzrə Şirvanovka kəndi - Şirvanlı, Masallı rayonu üzrə Kalinovka kəndi - Viləş, Oğuz rayonu Astarxanovka kəndi - Çaldaş, Vladimirovka kəndi -Çayqovuşan, Saatlı rayonu Xanlarkənd kəndi - Nabatkənd, Qarayevkənd kəndi - Orta Muğan, Samux rayonu Qırmızı Samux qəsəbəsi - Qaraağaclı, Lüksemburq kəndi - Köbər, Əli Bayramlı kəndi-Sarıqaya, Şəmkir rayonu Qasım İsmayılov kəndi - Ağlavaşlı, Muxtariyyat kəndi-Qədimqala, Yevlax rayonu Bünyadabad kəndi - Yeni Çobankərə olacaq.

Qeyd edək ki, sabah Milli Məclisin Regional komitəsinin iclasında bu məsələyə baxılacaq. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu