Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb


Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa və İMEX şirkətinin Sakit okean qrupunun baş direktoru Le Hong Thuy Tien ilə görüşüb.

AFN xəbər verir ki, Q.Paşayeva görüş iştirakçılarına Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh də Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini bildirib.
Millət vəkili Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Vyetnamla əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə, Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa və İMEX Sakit okean qrupunun baş direktoru Le Hong Thuy Tien Azərbaycanla bağlı, xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyətinin üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu