İradə Cavadovanın Vəkillər Kollegiyası üzvlüyünə xitam verilib- SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 12-06-2018, 12:58    |    Xəbər oxunub: 635 dəfə
İradə Cavadovanın Vəkillər Kollegiyası üzvlüyünə xitam verilib-


Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin ötən gün keçirilmiş iclasında Vəkillər Kollegiyasının üzvü, vəkil İradə Cavadovanın Kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Məlumata görə, şikayətçi K.M. Vəkillər Kollegiyasına göndərdiyi 21.04.2018-ci il tarixli teleqramla Kollegiyaya müraciət edərək bildirib ki, vəkil Cavadova İradə Arif qızı şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib.

Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün.

Şikayət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib, şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb.

Şikayətçi K.M. öz izahatında, ilkin müraciətdə qeyd edilənləri bir daha təsdiq edib və əlavə olaraq bildirib ki, vəkil İradə Cavadova tərəfindən əsassız olaraq onun barəsində məlumatların yayılması, həqiqətən, onun şərəf və ləyaqətinə toxunub və şikayətinin geri götürülməsi ilə əlaqədar vəkil İradə Cavadova tərəfindən ona təzyiqlər edilib.

İradə Cavadova Komissiyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməyib.

Komissiyanın rəyinə əsasən, müəyyən olunub ki, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirib, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını təkzib etməyib.

Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədəki imzanın şikayətçiyə məxsus olub-olmaması məsələsinin araşdırılması isə intizam icraatı araşdırmasının predmeti olmayıb.

Beləliklə, vəkil İradə Cavadova tərəfindən vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halları müəyyən olunduğundan sonuncu barəsində Kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha KİV nümayəndələrindən yoxlanılmamış məlumatları dərc etməməyi, yaranmış suallarla bağlı bilavasitə Vəkillər Kollegiyasının mətbuat xidmətinə müraciət etmələrini xahiş edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur