İmişlidə çaydan Azərbaycan vətəndaşlarına məxsus 57 pasport tapıldı


İmişlidə çaydan Azərbaycan vətəndaşlarına məxsus 57 pasport tapıldı


İmişlidə çaydan çoxlu sayda ümumvətəndaş pasportu tapılıb.

APA-nın məlumatına görə, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar.

Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportu aşkar edilib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu