AAYDA sahibkarlara müharibə elan edib: Prezidentə şikayət olundu

Xəbərin çap versiyası
Tarix: 14-06-2018, 14:54    |    Xəbər oxunub: 1 532 dəfə
AAYDA sahibkarlara müharibə elan edib:


Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilib və digər tədbirlər həyata keçirilib.

Sahibkarlığın inkişafına dəstəyin hakimiyyətin əsas prioritet məsələsi olduğu ölkə rəhbərinin çıxışında da birmənalı şəkildə ifadə olunub: “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Ancaq təəssüflər olsun ki, president tərəfindən göstərilən bu mövqe bir çox qurumların fəaliyyətində öz əksini tapmır.
Babək prospektində fəaliyyət göstərən bir qrup sahibkarın şikayəti də dövlət qrumları tərəfindən onların işinə qeyri-qanuni müdaxilə ilə bağlıdır. Şikayətin məzmununa keçməzdən öncə bildirək ki, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik olan Babək prospektinin yenidən qurulması çərçivəsində uzunluğu 8.7 km olan prospektin asfalt örtüyü ilə yanaşı su və kanalizasiya sisteminin də yenilənəcəyi nəzərdə tutulub. İlk baxışda bu təqdirəlayiq bir addımdır. Amma prosesin gedişi bu ərazidə fəaliyyət göstərən sahibkarlar üçün ciddi problemlər yaradıb. Yolda aparılan təmir prosesi zamanı bir sıra ictimai-iaşə obyektlərinin bazarı “öüb”. Onlarla avtomobil təmiri sexləri, mebel mağazaları və sairə obyektlər aylarla davam edən qazıntı işləri zamanı magistral yolun kənarlarında olan obyektlər müştərisiz qaldığından müflis duruma düşüb. Amma təmir başa çatdıqdan sonra da sahibkarların problem həll olunmayıb. Redaksiyamıza müraciət edən sahibkarlar bildirir ki, yolda təmir işi aparan Azərbaycan Avtomobil Yolladı Dövlət Agentliyi (AAYDA) obyektlərin qarşısına asvalt döşəmə vurmaq üçün sahibkarlardan pul tələb edir. Əsas kimi isə bu göstərilir ki, bu obyektlərin qarşısı "Azərsu" ASC-nin su və kanalizasiya sistemini yenilədiyi zaman dağıldığından təmir etmək AAYDA-nın borcu deyil. Həmin ərazdə yolun asvaltlanması üçün təxminən 25 min manat vəsait tələb olunur. Aylarla davam edən təmir prosesində onsuz da ciddi ziyan çəkən sahibkarlar üçün isə belə bir məbləği toplamaq tamamilə iflas olmaq deməkdir.
Sahibkarlar problemlə bağlı ölkə rəhbərinə də müraciət ünvanlayıblar.(xeber.org)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.ne[email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur