Daha 2 rayonda torpaqların elektron kadastr uçot işlərinə başlanıldı

Xəbərin çap versiyası
Tarix: 15-06-2018, 01:20    |    Xəbər oxunub: 734 dəfə
Daha 2 rayonda torpaqların elektron kadastr uçot işlərinə başlanıldı


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli müvafiq fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması istiqamətində tədbirlər müxtəlif bölgələri əhatə etməkdədir.



Bu dəfə torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulan bölgələr Quba və Qusar rayonlarıdır. Qusarda iyunun 14-də bu istiqamətdə görüləcək işlərin izahı, gözlənilən nəticələr və onun gələcək perspektivləri ilə bağlı rayon ərazisində maarifləndirici tədbir keçirildi. Komitə ilə yanaşı, Qusar Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, bu sahə ilə bağlı olan dövlət qurumlarının nümayəndələri, o cümlədən, mülkiyyətçilər, sahibkarlar və media nümayəndələri tədbirin iştirakçısı idilər. Qeyd edilməlidir ki, analoji tədbir iyunun 13-də Quba rayonunda da baş tutub.

Bildirildi ki, rayonda elektron kadastr uçotunun aparılması torpaqların təyinatı, kəmiyyət və keyfiyyət göstəricisi üzrə real elektron kadastr məlumat bazasının yaradılmasına və dəqiq xəritələrin tərtibinə səbəb olacaq. Buradan torpaqların qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərin daha çox iqtisadi fayda verəcəyi müəyyənləşəcək.

Qeyd edildi ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə mövcud torpaq sahəsinin hazırki real sahə ölçüsü ilə, hüquqmüəyyənedici sənədlərdəki leqal ölçüləri arasında mövcud uyğunsuzluqlar aradan qalxacaq. Həyata keçirilən bu layihə nəticəsində torpaq idarəetməsində dövlət nəzarəti daha da təkmilləşəcək. Belə ki, elektron kadastr məlumatları qanunsuz tikililərin, zəbt olunmuş, istifadədən kənar qalan torpaq sahələrini müəyyənləşdirməyə şərait yaradacaq. Eləcə də bu sistemin hər iki rayonda istifadəyə verilməsi vətəndaşların əmlaklarına dair çıxarış alması prosesini daha sadə və çevik həyata keçirməyə imkan yaradacaq.

Tədbirdə rayon üzrə reallaşacaq olan elektron kadastr məlumat bazasının tətbiqi və rəqəmsal xəritələr ilə bağlı iştirakçıları maraqlandıran suallar layihənin mütəxəssisləri tərəfindən cavablandırıldı.

Sonda elektron kadastr işləri ilə bağlı təşkilati məsələlər işgüzar formatda müzakirə edildi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur