Fuad Muradovun Marneuliyə səfəri Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir


Fuad Muradovun Marneuliyə səfəri Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir


Ruslan Hacıyev: "Soydaşlarımızın fəallığında bu səfərin müsbət nəticələri olacaq"



Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda səfərdə olub. Səfər çərçivəsində Dövlət Komitəsinin sədri soydaşlarımızın kompakt yaşadığı Marneuli rayonunda olub, azərbaycanlılarla görüşüb.
Fuad Muradovun Gürcüstana səfəri və orada soydaşlarımızla bir sıra görüşlər keçirməsini yüksək dəyərləndirən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev Newscenter.az-a bildirib ki, Komitə sədrinin səfəri yüksək səviyyədə və səmərəli keçib:

"Əvvəlcə bütün müsəlman aləmini və dünyada yaşayan Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edirəm. Bildiyiniz kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə yeni təyin olunmuş sədr, cənab Fuad Muradovun bu günlərdə Gürcüstana səfəri baş tutdu. Biz dünyada yaşayan azərbaycanlıların böyük hissəsi olaraq burada xalqımızın mədəniyyətini, tarixini, həqiqətlərini təbliğ etmək istiqamətində müəyyən işlər görülür. Ən əsası isə, Gürcüstan vətəndaşı olaraq bizim əsas missiyamız iki ölkə arasında əsrlər boyu davam edən dostluq-qardaşlıq əlaqələrinin inkişafı və perspektivləridir. Komitə sədri Fuad Muradovun da Gürcüstana rəsmi səfəri elə bu məqsəd daşıyırdı ki, bu istiqamətdə müəyyən addımlar atılsın".

Ruslan Hacıyev deyib ki, Fuad Muradovun Gürcüstanın patriarxı və hökümət üzvlərilə yüksək səviyyəli görüşləri, icma ilə müzakirələri gözəl nəticə vermiş oldu:

"Parlamentin azərbaycanlı üzvü olaraq mən də, bu görüşlərə məmnuniyyətlə qatıldım, mənim üçün də, vətəndaşlarımızla növbəti dəfə bu formatda görüşmək imkanı olduqca səmərəli oldu. Orada qaldırılan bir sıra problemlər bizim birbaşa kompetensiamızda olduğu üçün onların da həlli istiqamətində müəyyən işlər görəcəyimizi düşünürəm. O ki qaldı ictimai təşkilatların fəaliyyətlərinə düşünürəm ki, bu istiqamətdə Fuad müəllim və kollektivi gərəkli addımlar ataraq, uğurlu işlərə imza atacaq".

Ruslan Hacıyev onu da diqqətı çatdırıb ki, Komitə sədri Fuad Muradov eyni zamanda mədəniyyət ocaqlarını ziyarət edərək Aşıq Kamandarın anım günündə onun doğulduğu evdəki tədbirlərdə iştirak edib:

"Bu və digər görüşlərin əhəmiyyəti olduqca önəmlidir. Düşünürəm ki, ikitərəfli əlaqələrin möhkəmlənməsində və inkişafında, soydaşlarımızın fəallığında bu səfərin müsbət nəticələri olacaq".

Azərbaycanlı deputat qeyd edib ki, Fuad Muradovun Marneuliyə səfəri Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirildi:

"Hec bir vaxt bu formatda bu cür görüş keçirilməyib. Komitə sədri Fuad Muradov ayrı-ayrılıqda bütün rayonların nümayəndələri ilə görüşdü. Dövlət rəsmiləriylə görüşlər də cox yüksək səviyyədə dəvam etdirildi".

Fuad Muradovun Marneuliyə səfəri Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu