Səhiyyə Nazirliyi: Ötən gecə körpə ölümləri ilə bağlı yayılan məlumatlar yalandır


Səhiyyə Nazirliyi:


Ötən gecə elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlərdən sonra doğum evlərində ağır vəziyyətdə küvəsdə saxlanılan 100 körpənin ölməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Xəbərlərdə deyilir ki, enerji verilişi dayandırılandan sonra süni nəfəs aparatına qoşulmuş körpələr ölüb.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova virtualaz.org-a deyib ki, məlumat yalandır. Elektrik enerjisinin verilişində məhdudiyyətlər yarandığı andan tibb müəssisələrində generatorlar avtomatik işə düşüb. Ayrıca dünən gecə körpə ölümü qeydə alınmayıb. “Hətta bir körpə ölümünü belə gizlətmək mümkün deyil”, -nazirlik əməkdaşı qeyd edib.

Yayılmış xəbərlərə əlavə edilmiş videogörüntüyə gəlincə, qeyd edək ki, o, illər əvvəl rayon xəstəxanalarının birində lentə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu