Təmir işləri bəzi marşrut avtobuslarının yolunu dəyişib


Təmir işləri bəzi marşrut avtobuslarının yolunu dəyişib


İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, dəyişkliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç -Xudu Məmmədov küç-Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç –Sarayevo küç - Telnov küç -Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu