SON DƏQİQƏ
- “Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır
- Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…
- "Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR
- İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
- Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib
- Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI
- Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib
- İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR
- Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR
- BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb
- İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR
- Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar
Gəncədə qanunsuz aksiyanın qarşısı alındı: Rəis müavinləri şəhid oldular
Tarix: 10-07-2018, 23:14 | Xəbər oxunub: 894 dəfə
"2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər".
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurporluq və DTX-nin mətbuat xidmətlərindən daxil olan birgə məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər:
"Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər.
Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilmişdir.
Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
Diqqətinizi çəkə biləcək digər xəbərlər